Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az a verilən məlumata görə, görüşdə Azərbaycanla BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi müzakirə olunub. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti barədə məlumat verib və bu barədə BMT Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib. Ə. Qarayev Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək M. Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
İnterpress.az