Bu sözləri Bakı Slavyan Universitetinin (BSU) yeni rektoru Nurlana Əliyeva deyib.
Nurlana Əliyeva bildirib ki, hələ ki universitetin daxili nizam-intizamı ilə məşğuldur və onu daha da möhkəmləndirməyə çalışacaq:
“Hələ ki universitetin daxili nizam-intizamı ilə məşğulam. Universitetlə tanışlıq mərhələsinə başlamışam. Prorektorlarla müzakirələr aparırıq”.
Yeni rektor bildirib ki, universitetdə ümumi vəziyyəti tam öyrəndikdən sonra hansı işlərin görülməsi haqqında qərar verəcək.
Xatırladaq ki, Nurlana Əliyeva iyunun 23-də prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinə rektor təyin olunub. O, həm də Yeni Azərbaycan Partiyası Qadınlar Təşkilatının sədridir. (modern.az)
İnterpress.az