Türkiyə mətbuatının verdiyi məlumata görə, Jirinovski çıxışı zamanı bunları qeyd edib:
“Türkiyəni bağışlayaq. Qonşumuz Avropa və Amerikanı sevmir. Əgər Türkiyə, İran, Suriya və Şanxay əməkdaşlıq Təşkilatının üzvlərini və Cənubu öz tərəfimizə çəkə bilsək, bu zaman dünya və insanlar üçün heç bir problem qalmaz”.
Türkiyənin təzminat ödəməli olduğunu ifadə edən Jirinovski bu sözləri vurğulayıb:
“Turizm sahəsində də əməkdaşlığımızı yenidən başlasda bilərik. Türkiyəyə də tətilə gedək. Türkiyənin bizi sevməsi və hörmət göstərməsi bizim üçün faydalıdır. Qarşılıqlı”.
İnterpress.az