Dünәn İstanbulun Atatürk hava limanında törәdilәn vә 40a yaxın insanın ölümünә, 140dan artıq adamın yaralanmasına sәbәb olan terror aktı Türkiyәdә hava limanında törәdilәn ilk hadisә deyil.
Politoloq Şahin Cәfәrli sosial şәbәkәdәki sәhifәsindә bu baradә yazıb vә hәmin terror aktını ermәnilәrin ASALA
terror tәşkilatının iki üzvünün törәtdiyini qeyd edib. Ş.Cәfәrlinin statusunu oxucuların diqqәtinә çatdırırıq:
\”Hadisә 1982ci il avqustun 7dә baş verib. LevonEkmekçiyan vә Zöhrab Sarkisyan adlı ASALA terrorçuları Ankara \”Esenboğa\” hava limanında partlayış törәdәrәk insanlara atәş açmağa başlayıblar.
Nәticәdә 9 nәfәr (biri alman, biri amerikalı) ölüb, 72 nәfәr yaralanıb.
Polis hadisә yerindә Z.Sarkisyanı öldürüb, yaralanan L.Ekmekçiyan isә sağ әlә keçirilib.
Ekmekçiyan törәtdiyi әmәldәn peşman olduğunu bildirsә dә, 1982ci il sentyabrın 7dә mәhkәmәnin hökmü ilә
edama mәhkum edilib vә hökm 1983cü il yanvarın 28dә icra olunub. Ankarada dәfn olunan Ekmekçiyanın nәşi
2013cü ildә qardaşı tәrәfindәn Fransaya aparılıb.(musavat)
İnterpress.az