Bakıda İstanbul terroru qurbanları yad edildibackend

Bakıda İstanbul terroru qurbanları yad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən terror hadisəsində həlak olanlar Bakıda da yad edilib. Məlumata görə, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında keçirilib.

İki ölkənin bayraqlarını əllərində tutan vətəndaşlar, tələbələr Atatürk parkından Türkiyə səfirliyinin qarşısına qədər yürüş ediblər.
Səfirliyin qarşısına əklilər və qərənfillər düzülüb.

Həyatını itirənlərin ruhuna dualar edilib. Vətəndaşlar “Bir millət, iki dövlət”, “Azərbaycan Türkiyənin yanındadır” kimi şüarlar səsləndiriblər. Onlar terrora lənət oxuyublar.

Ötən gün axşam saatlarında İstanbulun Atatürk hava limanında beynəlxalq uçuşlar terminalında terror aktı baş verib. Əvvəlcə hava limanından içəri girən terrorçular Kalaşnikov\” avtomatlarından atəş açmağa başlayıblar. Daha sonra partlayış baş verib.

Türkiyənin baş naziri Binali Yıldırım terror aktı nəticəsində 36 nəfərin öldüyünü, 147 nəfərin isə yaralandığını bildirib.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov ötən gün açıqlama verərək bildirmişdi ki, İstanbulun Atatürk hava limanında törədilmiş faciədə azərbaycanlı sərnişinlərdən ölən, yaxud yaralananlar olmayıb. (ans)

İnterpress.az