Türkiyənin Atatürk hava limanında baş vermiş terror hadisəsi ilə əlaqədər xüsusi komisiya yaradılıb. Məlumata görə komisiyaya Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar rəhbərlik edir.
Partlayışı həyata keçirən 3 terrorçu kamikadzeninin milliyəti artıq məlum olsa da yayım qadağası olduğu üçün hələki onların adları açıqlanmır. Lakin onlardan birinin Suriya vətəndaşı olduğu bildirilir.
Terror aktı nəticəsində həlak olan 39 nəfərdən 3-ü kamikadzedir. Artıq 30 nəfərin kimliyi artıq dəqiqləşdirilib. Ölən və yararlananların əksəriyyətinin xarici ölkə vətəndaşları olduğu bildirilir. Azərbaycan vətəndaşının ölən və yaralananalar arasında olmadığı artıq öz təsdiqini tapıb.
Bir qədər sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror hadisəsi baş verən Atatürk Hava limanını ziyarət edəcək. Prezident əvvəlcə terroun baş verdiyi hava limanını gəzdikdən sonra xəstəxanalarda yaralılara baş çəkəcək.
Ötən gün baş verən terror aktından sonra Türkiyənin İstanbul şəhərində insanlar təşvişdədirlər. Türkiyə müxbiri Pərviz Sultansoyun məlumatına görə, Atatürk hava limanında baş verən terror hadisəsindən sonra insanlar hələ də özlərinə gələ bilməyiblər və qorxu içərisindədirlər.
Rəsmi məlumatlara görə, ölü sayı 36 nəfərdir. Türkiyə hökuməti şəhərdə panika yaranması və yenidən terror aktının baş verəcəyini nəzərə alaraq xəbərlərin verilməsinə yayım qadağası qoyub.
Hazırda Atatürk hava limanında təhlükəsizlik ən yüksək dərəcədədir, polislər növbəti hadisənin baş verməməsi üçün əllərindən gələni edirlər. (ans)
İnterpress.az