Gəncədə iki avtomobil toqquşub, 2 yaşlı qız xəsarət alıbbackend

Gəncədə iki avtomobil toqquşub, 2 yaşlı qız xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Verilən məlumata görə, hadisə şəhərin Cavad Xan qəsəbəsinə gedən yolda qeydə alınıb. “VAZ – 21099” ilə “QAZ – 31” markalı avtomobillərin toqquşması nəticəsində maşınlardan birində olan 2 yaşlı Ayşən Elməddin qızı Məmmədova xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Uşağa kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. (apa)

İnterpress.az