Yayın dəhşəti!backend

Yayın dəhşəti!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən gün Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Sumqayıt şəhər sakini Sahil Yusifzadə çimərkən boğulub. Meyit sudan çıxarılıb.

Tovuz rayonunun Aşağı Quşçu kənd sakini isə Vahid Quliyev ehtiyatsızlığından Tovuz kanalına düşərək boğulub. Araşdırma aparılır.

Daha bir hadisə Bərdədə baş verib. İyunun 28-də rayonunun Nəzirli kənd sakini Xəqanı Behbudzadə Kür çayında çimərkən boğulub. Meyiti sudan çıxarılıb. (trend.az)

İnterpress.az