Göyçay sakini həmkəndlisini güllələyibbackend

Göyçay sakini həmkəndlisini güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində baş verib.

Göyçay rayonunun İnçə kənd sakinləri Zaur Cabbarov və Namiq Hacıyev Qarabucaq kəndinə ov etməyə gediblər. Dostlar ov etdikdən sonra əldə etdikləri qəniməti bölə bilməyiblər və aralarında yaranan mübahisə zamanı Namiq Hacıyev ov tüfəngindən Zaur Cabbarova atəş açıb. Qarın boşluğundan ağır xəsarət alan Zaur Cabbarov Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)

İnterpress.az