Nərə balıqlarının kommersiya ovuna texniki moratorium davam etdiriləcəkbackend

Nərə balıqlarının kommersiya ovuna texniki moratorium davam etdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətində İnterpress.az-a verilən xəbərə görə, iclasda Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edib. Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada Xəzəryanı ölkələr tərəfindən bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və elmi məqsədlər üçün kvotaların mənimsənilməsi, balıq ehtiyatlarının mühafizəsi üzrə məlumatlar təqdim olunub.

İclasda 2016-2017-ci illərdə Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna texniki moratoriumun davam etdirilməsi, yalnız cüzi həcmdə balıqartırma və elmi-tədqiqat məqsədləri üçün kvotaların mənimsənilməsi haqqında ümumi qərar qəbul edilib.

\’\’Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş\’\’ə uyğun olaraq Rusiya Federasiyasının təqdim etdiyi bildiriş əsasında bu sazişin 24 may 2016-cı il tarixindən etibarən qüvvəyə minməsi barədə məlumat verilib. Sazişin ratifikasiyasının bütün Xəzəryanı ölkələrdə başa çatmasını nəzərə alaraq, Komissiyanın statusunun təsisatlararası səviyyədən yüksələrək hökumətlərarası status səviyyəsinə qaldırılması haqqında elan verilib.

Yeni komissiyanın 1-ci təsisedici hökumətlərarası sessiyasının rotasiya qaydasına uyğun olaraq cari ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.

İnterperess.az