Artıq onların əksəriyyətinin şəxsiyyəti də müəyyənləşdirilib və ailələrinə təhvil verilib. Ölənlərdən 5-i Səudiyyə Ərəbistanının vətəndaşıdır. Siyahıda İraq, İran, Tunis və digər xarici vətəndaşların adları da var.
İndiyə qədər olan məlumata görə, ölənlər arasında azərbaycanlı yoxdur. Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyevin 1Xəbər-ə açıqlamasına görə, İstanbuldakı konsulluqda yaradılan qaynar xətt fəaliyyətdədir və azərbaycanlılarla bağlı məlumat toplayır.