Rusiya prezidenti Vladimir Putin ölkəsinin sakinlərinin Türkiyəyə turist səfərləri ilə bağlı qadağasını ləğv edir. Məlumata görə, bu gün Rusiya və Türkiyə prezidentləri arasında 7 aydan sonra baş tutan telefon danışığından sonra V.Putin rusiyalı turistlərin gedişinə qoyulmuş inzibati məhdudiyyətin aradan qaldırılması barədə göstəriş verib.
Məlumata görə, Rusiya lideri hökumətə türk tərəfi ticari-iqtisadi əlaqələr və digər sahələrlə qarşılıqlı əlaqələrin bərpası istiqamətində danışıqlara başlamağı da tapşırıb.
Kremlin yaydığı məlumatda bildirilir ki, Türkiyə tərəfi də Rusiya vətəndaşlaının təhlükəsizliyinin təminatı üçün əlavə addımlar atmalıdır. (ans)
İnterpress.az