Qara Qarayev prospektinin bir hissəsi bağlanırbackend

Qara Qarayev prospektinin bir hissəsi bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azəravtoyol\” ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun \”Qara Qarayev\” stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər hansı bir məhdudlaşdırma tətbiq olunmur.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyə olunur. (trend)

İnterpress.az