Türkiyədə daha bir terror – ölən və yaralananlar varbackend

Türkiyədə daha bir terror – ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mardinin Derik mahalında terror təşkilatı PKK partlayış törədib. Türkiyə mətbuatının bu dəqiqələrdə yaydığı məlumata görə, partlayış nəticəsində 2 əsgər şəhid olub, 3 əsgər yaralanıb.

Hücum, Mardinin Derik ilçəsindən təxminən 35 kilometr aralıda baş verib. Yaralı əsgərlər, Derik Dövlət Xəstəxanasına yerləşdirilib. Bölgədə hücuma şahid olan kəndlilər partlayışdan sonra atəş səsləri eşitdiklərini söyləyiblər.