Yeni baş nazir kim ola bilər?backend

Yeni baş nazir kim ola bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Daxili İşlər naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri və baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.\”Ria novosti\”nin verdiyi məlumata görə, partiya sədrliyinə namizədlərin irəli sürülmə prosesi iyunun 29-da başlayıb. Böyük ehtimalla Tereza Meyin baş nazir postu uğrunda əsas rəqibi sabiq London meri Boris Conson olacaq.

Yeni baş nazir kim ola bilər?

Böyük Britaniyanın baş naziri Devid Kemeron 3 aydan sonra istefa verəcək. Məlumata görə, bunu baş nazir özü bəyan edib. Onun sözlərinə görə, referendumun nəticələrinin açıqlanmasından sonra ölkəyə yeni liderlər lazım olacaq.

O həmçinin qeyd edib ki, referendumun nəticələri britaniyalıların həyatında kəskin dəyişikliklərə səbəb olmayacaq.
Referendumda iştirak edən seçicilərin əsas hissəsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. \”Brexit\”in (Böyük Britaniyanın Aİ-dən çıxma prosesi) tərəfdarlarının sayı 52% təşkil edib.

Kemeron Britaniyanın Aİ-yə üzv qalmasının tərəfdarı idi. O iddia edirdi ki, britaniyalıların ölkənin Aİ-dən çıxmasına səs verməsi Avropadakı sülhü təhdid edə bilər. (ans)

İnterpress.az