Xaçmazda polis əməkdaşının meyiti tapıldıbackend

Xaçmazda polis əməkdaşının meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, meyit rayonun Mehrəliqışlaq kəndi ərazisində meyvə bağlarından birində aşkar edilib. Dərhal məlumat daxil olan hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirib və və ölən şəxsin Daxili İşlər Nazirliyinin xüusi əhəmiyyətli obyektlərin qorunması idarəsinin əməkdaşı olduğu məlub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib və ilkin araşdırmalar zamanı onun üzərində heç bir fiziki xəsarət aşkar edilməyib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Ölən polis əməkdaşının meyiti tapılan ərazinin onun özünə məxsus olduğu bildirilir.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. (axar.az)

İnterpress.az