Xəbər verilir ki, başsağlığı məktubunda Prezident Emoməli Rəhmon Türkiyədə törədilən dəhşətli terror aktını qınadığını bildirib:
“Biz terrorçuların bu cür dəhşətli və bəşəriyyətə ziddi olan qeyri-insani qanlı əməlini qınayırıq. Hesab edirik ki, 21-ci əsrdə hələ də mövcud olan ekstremizm və qorxu yaradan terrora qarşı amansız mübarizə davam etdirilməlidir. İstanbulda törədilən qanlı terror aktı nəticəsində həlak olan insanlara Allahdan rəhmət, onların ailələrinə isə səbir diləyirəm”.
Xatırladaq ki, Türkiyənin “Milliyyet” qəzeti İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçuların törətdiyini yazıb.
Qəzet Tacikistan əsilli olduqları bildirilən üç terrorçu-kamikadzenin fotoşəklini də dərc edib. Onların şəxsiyyətləri və hansı qrupa aid olduqları hələ müəyyənləşdirilməyib.
İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır. (axar.az)
İnterpress.az