Rusiya Ermənistandan istifadə edirbackend

Rusiya Ermənistandan istifadə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan “Qarabağ problemi və onun demokratikləşmə və daxili hadisələrə təsiri” mövzusundakı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə vəziyyəti dəyişə bilər. \”Bu, Lavrovun planlarından biridir. Amma bilmirəm hansı səbəbdən bu həyata keçirmir. Heç bilmirəm ki, burada Ermənistanın mövqeyi necədir\”.

\”Təəssüf ki, apreldə baş vermiş müharibədən biz nə hərbi, nə də siyasi nəticələr çıxara bildik. Necə yəni 800 hektar o qədər vacib ərazilər deyil. Əlbəttə ki, onlar vacib ərazilərdir. Aprel hadisələri əsl müharibə idi. Çoxlu sayda itkilərimiz oldu. İndi isə deyirlər, aprel döyüşləri olacaq. Amma belə bir hadisə təkrarlanmayacaq\”.

Analitik vurğulayıb ki, Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısının ordu olması düşüncəsi hakim olduqca, vəziyyət olduğu kimi davam edəcək: “Ordunun rolu vacibdir, lakin ölkə təhlükəsizliyi təkcə silahlı qüvvələrə əsaslanmır. Biz bilməliyik ki, bu, ilk növbədə bizim xarici siyasətimiz və ya bugünkü geosiyasi orientasiyamızla bağlıdır. Bu gün Ermənistanın Rusiya üçün ancaq bir rolu var: Azərbaycana təzyiq göstərməklə öz məqsədinə çatmaq, yəni rus əsgərlərini Qarabağ münaqişəsi zonasında yerləşdirmək üçün vasitə olmaq”.

Şahnazaryan əlavə edib ki, son vaxtlar Rusiyada dövlət səviyyəsində erməni xalqını, millətini, dövlətini, ləyaqətini təhqir etmək istəyir. “Mən sadəcə, bildirmək istəyirəm ki, bu gün Ermənistan və Rusiya Federasiyasının heç bir ümumi marağı mövcud deyil”. (anspress)

İnterpress.az