Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
“Xəstədə irinli, daşqınlı, öd kisəsinin cürüməsi prosesi olub, xəstə çox gecikdirilib, vəziyyətinə görə dərhal əməliyyata alınıb. Cərrah Cəfər Quliyev xəstəni əməliyyata alıb və əməliyyat 4-5 saat çəkib, əməliyyat olduqca ağır keçib”.
S.Əhmədova bildirib ki, L.Veyisova xəstəxanaya daxil olarkən öd kisəsi yolları tutulmuş, qarın boşluğu dağılmış vəziyyətdə olub. İyunun 29-da edilən bütün yardım və cəhdlərə baxmayaraq, xəstə dünyasını dəyişib.
Yalnız ekspertizadan keçəndən sonra bilmək olardı ki, xəstənin ölümündə həkim səhlənkarlığı olub, yoxsa yox. Xəstənin yaxınları isə patoloji müayinədən imtina ediblər”.
“Şöhrət” ordenli, 81 yaşlı həkim Cəfər Quliyevin deputat Fərəc Quliyevin əmisi olduğu bildirilir.
1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. 3 uşaq anası əməliyyatdan sonra dünyasını dəyişib. Ailə üzvləri L.Veyisovanın ölümündə həkimi günahlandıraraq onun 81 yaşı olmasını əsas gətirirlər.(modern)
İnterpress.az