Onlardan 67 min nəfəri 18 yaşadək olan uşaqlardır. Xəbər verilir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yerli mətbuata müsahibəsində bildirib.
Nazir deyib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa edilən Gözdən əlil gənclər üçün Tədris-Bərpa Mərkəzinin tikintisi başa çatdırılmaq üzrədir. Mərkəzin yaxın aylarda istifadəyə veriməsi planlaşdırılır.
S.Müslümov onu da deyib ki, əlilliyi olan şəxslərin sərbəst hərəkət imkanlarının təmin edilməsi məqsədilə tədbirlər görülür. Nazirlik, ADA Universiteti və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən “Bərabər hüquqlar üçün bərabər imkanlar” devizi altında memorandum imzalanıb.
Sənədə əsasən, ictimai yerlərdə (küçə kəsişmələrində, yeraltı keçidlərdə, metro və şəhər nəqliyyatında, hava, avto, dəmiryolu və dəniz limanlarında, məktəb və universitetlərdə, alış-veriş mərkəzlərində və s.) hərəkət və xidmət üçün əlçatarlığın təmin olunması məqsədilə tədbirlər müəyyənləşdirilib. Ölkədəki əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin tibbi modeldən sosial reabilitasiya modelinə keçidi konsepsiyası hazırlanılır. (virtualaz.org)
İnterpress.az