Uşaq evini tərk edən yeniyetmələr üçün 2 yaşayış binası tikilirbackend

Uşaq evini tərk edən yeniyetmələr üçün 2 yaşayış binası tikilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, bu baərədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial Həyat” jurnalına müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq qalır. “Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli “Məzun evi” inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verildi.

Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulub”,- deyə nazir əlavə edib.
Nazir ahıl vətəndaşlarla bağlı görüləcək tədbirlər haqqında danışıb: “Nazirliyin müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır.
Son 2 il ərzində burada yaşayanlardan 14 nəfəri öz ailələrinə verilmişdir. 2015-ci ildə 13679 nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilib”. (virtualaz.org)

İnterpress.az