Bu da orta Avropa rəqəmlərinə uyğundur. Amma biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq\”.
Bu sözləri Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə açıqlamasında deyib.
S.Məmmədova bildirib ki, təbii doğum yolları ilə doğuş baş verə bilməyən hallar üçün qeysəriyyə kəsiyi tibbi göstərişdir: \”Bu göstəriş həm ana, həm də döl tərəfdən olur. Bu göstərişlərin əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə edilir.
Göstəriş olduğu zaman qeysəriyyə əməliyyatı edilən qadın sonrakı dövrdə təbii yolla uşaq dünyaya gətirə bilər. Əgər çapığın qalınlığı müəyyən ölçüdədirsə, qadının əməliyyatdan sonrakı zahılıq dövrü problemsiz keçibsə, onun çapığı birincili bitişibsə, birinci əməliyyatdan 2 il keçibsə, doğum fəaliyyəti normaldırsa, uşağın çəkisi balacadırsa, birinci doğuşda çanaqla əlaqədar nisbi göstəriş olubsa, yalnız açıq əməliyyat şəraitində, yəni cərrah, narkoz vasitələri yanında olmaq şərtilə doğuş aparıla bilər”.(modern)
Mama-ginekoloq qadınlarımızı məsuliyyətsizlikdə günahlandırıb:
İnterpress.az