Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatna görə, daxil olmuş məlumat əsasında Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Hümmətovun və Səbuhi Abulhəmidovun Gürcüstan vətəndaşı Tangiz adlı şəxsə 1300 manata satmaq məqsədilə içərisində 1 ədəd avtomat, patron və patron darağı olan qutunu Bakı şəhərinə göndərmək üçün həmyerliləri Elşən Məhərrəmova vermələri müəyyən edilib.
Görülmüş tədbirlərlə C.Hümmətov, S.Abulhəmidov və E.Məhərrəmov saxlanılıblar. E.Məhərrəmov izahatında qeyd edilən qutunu Bakı şəhərinə aparması üçün həmyerlisi Elşən Göyüşova verdiyini bildirib.
İyunun 29-da E.Göyüşovun idarə etdiyi “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qobustan rayonu ərazisində saxlanılıb və araşdırmalar aparılması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı içərisində 1 ədəd “АКSU” markalı silah, 24 ədəd patron və 1 ədəd patron darağı olan qutu aşkar edilib.
S.Abulhəmidovun Şəki şəhərində evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.(apa
İnterpress.az