Evlilik proqramının məşhur aparıcısı qəzaya düşdübackend

Evlilik proqramının məşhur aparıcısı qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış teleaparıcısı Esra Erol yol qəzasına düşüb. ANS PRESS-in məlumatına görə, hadisə Gaziosmanpaşada baş verib.

Esra Erolun idarə etdiyi avtomobil yük maşınına çırpılıb. Qəza zamanı şok keçirən teleaparıcıya təcili yardım həkimləri tərəfindən ilk yardım göstərilib.

Hadisənin təfərüfatı hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Evlilik proqramının məşhur aparıcısı qəzaya düşdü

Türkiyənin tanınmış aparıcısı bir neçə kanalda fəaliyyət göstərib. Ötən il fəaliyət göstərdiyi “Fox” kanalından ayrılıb. Türkiyənin “ATV” kanalına keçən Erol burdan 1 milyon 100 min lirə (430 000 manat) maaş alır. Proqramın prodüsseri isə Esra Erolun həyat yoldaşı Əli Özbir olacaq. Özbirin də eyni maaşı alması ilə cütlük ayda 2 milyon 200 min lirə (860 000 azn) qazanacaq. Bununla “Esra Erolla İzdivac” proqramı Türkiyə televiziya tarixinin ən yüksək büdcəli və reytinqli verilişi olub.

Tanınmış aparıcı Esra Erol 8 ildir \”Esra Erolla İzdivac” proqramının aparıcısı kimi fəaliyyət göstərir. Esra Erolun Acun İlıcalıya aid “TV8” kanalına transfer olduğu barədə xəbərlər yayılsa da bu xəbər təsdiqini tapmamışdı. (ans)

İnterpress.az