İstanbul terrorunda ölü sayı yenə artdıbackend

İstanbul terrorunda ölü sayı yenə artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Atatürk hava limanında baş verən terror aktı qurbanlarının sayı artıb. Məlumata görə, daha bir yaralı dünyasını dəyişib. Bununla da ölənlərin sayı 43-ə yüksəlib.

Bu barədə açıqlamanı Türkiyənin daxili işlər naziri Efkan Ala verib. O, parlamentdə çıxışı zamanı terror hadisəsi ilə bağlı açıqlmalar verib. Nazir bildirib ki, ölən 3 nəfər terrorçunun adı bu siyahıda deyil.

\”Hazırda xəstəxanalarda 94 nəfər var. Ölənlərdən 19- əcnəbilərdir. Əldə edilən sübutlar terroru İŞİD-ın törətdiyini göstərir.
Bu ana qədər terror hadisəsi ilə bağlı 13 nəfər saxlanılıb. Onlardan 9-u türkdür. (ans)

İnterpress.az