Moskva Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, həmin şəxs 2012-2015-ci illərdə 8 dəfə qarət, 5 dəfə soyğunçuluq törədib. Onun qurbanları hər dəfə avtomobillə evə qədər ötürülmək barədə razılaşdığı qadınlar olub.
O, \”qurbanları\”nı “Losinıy Ostrov” parkından keçən, adam olmayan küçəyə aparıb, təhdid edib, pullarını və qiymətli əşyalarını alıb. Daha sonra onları orada qoyaraq hadisə yerini tərk edib.
Ümumilikdə o, 13 qadının 2,5 milyon rubl (təxminən 60 min manat) məbləğində pulunu alıb. Məhkəmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun 15 azaldıqdan məhrum edilməsi barədə hökm çıxarıb. (apa)
İnterpress.az