Uşaq ölümdən son anda döndübackend

Uşaq ölümdən son anda döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən rayonunun Yenikənd kəndində yaşayan 12 yaşlı Balakişiyev Əliheydər Vüqar oğlu yelləncəkdə yellənərkən boğazına ip dolanıb. Xoşbəxtlikdən valideynlər hadisədən tez xəbər tutublar. Azyaşlı dərhal tez xəbər tutan ailəsi onu Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.

Xəsarət alan Əliheydərin bibisi Xalidə Ağayeva hadisənin anidən baş verdiyini bildirib: “Uşaq oynayırmış. İp asılıb göydən. Elə-belə oynayarkən keçib boğazına. Çıxarda bilməyib. Bu zaman qardaşı görüb. Gedib anasını çağırıb. Anası gələnədək, bıçağı gətirənədək gec olub. Qonşular özlətini tez çatdıraraq götürüblər. Həmin vaxt halsız vəziyyətdə olub”.

Hadisədən olduqca pis olan Əliyedər Babayevin bibisi azyaşlı uşaqların valideylərinə tövsiyyə verib: “Uşaqlarınızı qoruyun. İndiki uşaqlar dəcəldir”. Hazırda xəsarət alan azyaşlı reanimasiyadadır. Əliheydər Balakişiyevin vəziyyətini ağırdır. Bu səbəbdən Səhiyyə Nazirliyinə məlumat verilib. (region)

İnterpress.az