Bu fikir Qafqaz məsələləri üzrə ekspert Mamuk Araşidzeyə məxsusdur. Ekspert bunu Gürcüstan bürosuna verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq Gürcüstanın bölgələrində “İslam Dövləti”nin qrupları fəaliyyət göstərir.
Ekspert bildirir ki, həmin qruplar son 4 ayda xüsusilə fəallaşıblar.
Başqa bir ekspert, hərbi analitik Vaxtanq Maisaya isə qəti şəkildə bəyan edib ki, “Xəlifət” Gürcüstana hücum üçün yeni “xüsusi təyinatlılar” yaradıb.
Maraqlıdır, onlar Gürcüstana necə ayaq açıblar? Məqsədləri nədir? Ölkənin hüquq-mühafizə orqanları həmin qrupları zərərsizləşdirmək üçün nə kimi tədbirlər görürlər?
Bütün bu və digər suallara ekspertlərin verdiyi cavablarla bu ling vasitəsi ilə tanış ola bilərsiniz. (virtualaz.org)
İnterpress.az