Sabirabadda avtomobil traktorla toqquşubbackend

Sabirabadda avtomobil traktorla toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Iyunun 30-da axşam saatlarında Sabirabad rayonunun Osmanlı kəndi ərazisində rayon sakini, 1960-cı il təvəllüdlü Salahov Əsgər Güləhməd oğlunun idarə etdiyi \”VAZ 2106\” markalı, 10 PX 121 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən traktora çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər – 1958-ci il təvəllüdlü Məmmədov Ramil Kazım oğlu damarın kəsilməsi və 1948-ci il təvəllüdlü Qəhrəmanov Sarı Qəhrəman oğlu bazu sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. (apa)

Interpress.az