İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbuldakı Atataürk aeroportunda İŞİD terrorçularının törətdikləri terror zamanı ölənlərdən biri də tunisli hərbi həkim Fathi Bayoudh Salıdır.
O, İŞİD-a qoşulan oğlunu axtarmaq üçün Türkiyəyə üz tutub.
Tunisin \”Mosaique FM\” radiosunun verdiyi xəbərə görə, general mayor Fathi Bayoudh Salının oğlu hazırda Türkiyədə həbs edilən terrorçuların arasındadır.
Bu barədə Fransa mətbuatı da yazıb. Belə ki, Fransanın AFP Xəbər Agentliyinin verdiyi xəbərdə deyilir ki, Tunisin Xarici İşlər Nazirliyi və Konsulluq İşləri naziri Faysal Ben Mustafa İstanbuldakı Tunis səfirliyinin ötən ilin noyabr ayından bəri general mayorun oğlunun İŞİD sıralarında olduğu haqqında məlumatlandırılıb.
Nazir Faysal Mustafa İstanbul terrorunda öldürülən general mayorun oğlunun öncə İraqa sonra Suriyaya, oradan isə Türkiyəyə keçdiyini bildirib. Türkiyədə baş verən terror olayından sonra həbs edilən tunisli İŞİD üzvünün atası da elə terror qurbanı oldu.
Qeyd edək ki, Tunis hökuməti bu günə qədər 3500-dən çox tunislinin İŞİD terror təşkilatına qoşulmaq üçün Suriya, İraq və Liviyaya üz tutduğunu bildirib.
İnterpress.azhttps://youtube.com/watch?v=eNfe9hfGZq8