İki dünya nəhəngi razılığa gəlibbackend

İki dünya nəhəngi razılığa gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezident administrasiyası Rusiya tərəfinə Suriyada hərbi əməkdaşlığa dair yeni saziş təklif edib. Rusiya mətbuatının verdiyi məlumata görə, yeni saziş terrorçularla mübarizədə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Şərtlərə görə, Rusiya Bəşər Əsədi ABŞ-ın dəstəklədiyi üsyançıların mövqelərinə zərbələr endirməyə son qoymağa məcbur etməlidir.

ABŞ prezidenti administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumatda qeyd edilir ki, sazişin mətni iyunun 27-də Rusiya tərəfinə təqdim olunub.

Sazişin mahiyyəti ondan ibarətdir ki, ABŞ hədəflərin koordinatlarını bölüşərək, səylərini Rusiya ilə birləşdirəcəyini və əsasən, Əsəd ordusuna qarşı vuruşan \”Ən Nüsra Cəbhəsi\” qruplaşmasına qarşı geniş əməliyyatı Rusiya Hərbi-Hava Qüvvələri ilə razılaşdıracağını vəd edirb.

ABŞ prezidenti Barak Obama tərəfindən dəstəklənən sazişə əsasən, amerikalı və rusiyalı hərbçilər arasında sıx əməkdaşlığın qurulması təklif olunub. Rusiya Suriyada ABŞ ordusu ilə məhz bu cür əməkdaşlığın qurulmasına uzun müddətdir səy göstərib.

ABŞ-ın müdafiə naziri bu cür plana qarşı çıxış edib, yekunda prezidentlə razılaşmalı olub. Prezident administrasiyasının daxilindəki məmurların əksəriyyəti qeyd olunan sazişin əleyhinə çıxış edərək, onun səhv olduğunu qeyd edirlər. (ans)

İki dünya nəhəngi razılığa gəlib

İnterpress.az