İstanbul terroruna görə daha 11 nəfər tutuldubackend

İstanbul terroruna görə daha 11 nəfər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə İstanbulun Atatürk hava limanında baş verən terror hadisəsi ilə bağlı həbslər davam edir. Məlumata görə, daha 11 İŞİD üzvü həbs edilib.

Əməliyyat Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Başakşehirdə həyata keçirilib. Onların hava limanında baş verən terror hadisəsi ilə bağlılıqları olduğundan şübhə edilir.

Həbs edilən İŞİD üzvlərindən biri rusdur. Türkiyədə 44 nəfərin ölümünə, 239 nəfərə yaxın insanın yaralanması ilə nəticələn terror hadisəsinə görə ötən gün 13 nəfər saxlanılmışdı. Onlardan 3-ü əcnəbi idi.

İstanbul terroruna görə daha 11 nəfər tutuldu

Terror aktını törədən şəxslərdən birinin rus əsilli çeçen, digərlərinin isə özbək və qırğız olduğu müəyyən olunub.
İstanbulun Atatürk hava limanında terror hadisəsi iyunun 28-də gecə saatlarında baş verib. \”Kalaşnikov\”la silahlanan 3 nəfər hava limanı ərazisinə girərək qarşılarına çıxanlara atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar.

Ötən gün terror hadisəsini törədən silahlıların şəkilləri yayılıb. (ans)

İnterpress.az