2 iyul Azərbaycan polisinin peşə bayramıdırbackend

2 iyul Azərbaycan polisinin peşə bayramıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin gündən 98 il ötmüş, aşırımlı, çətin günlər arxada qalmış, xalqın və dövlətin maraqlarına ləyaqətlə xidmət etmiş, əmniyyətin, ictimai qaydanın mühafizəsi, daxili sabitliyin qorunması, dövlətin cinayətkarlığa qarşı mübarizə siyasətinin formalaşdırılmasında polis fəal iştirak etmiş, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, bu istiqamətdə ümumi maraqlara xidmət etmişlər.

Ümummilli Lider H. Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə 2 iyul polisin yaradılması günü kimi qeyd olunmağa başlanılmışdır. Azərbaycan Polisinin ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını əsirgəmədən qəhrəmancasına döyüşmüş, bu, “olum ya ölüm” savaşında 931 şəhid vermişdir. Savaşda 681 əməkdaş əlil olmuşdur. Ümumilikdə ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, sırada 67 “Mili Qəhrəman” adına layiq görülmüş, 86 əməkdaş “Azərbaycan Bayrağı” ordeni, 247 əməkdaş müxtəlif orden və medallarla təltif olunmuşdur.

Faktiki olaraq Azərbaycan Polisi daxildə cinayətkarlıqla mübarizə aparmaqla, paralel olaraq aqressorlarla döyüşlərdə vəsfəsığmaz rəşadət və fədakarlıq göstərmişdir. Bu gün şəxsi heyət arasında vətənpərvərlik ruhu yüksəkdir, profesionallığın və etik davranış qaydalarının formalaşdırılması ilə bağlı həyata keçirilmiş islahatlar öz səmərəsini verir.

Azərbaycanın müstəqilliyi dövrlərində ilk Daxili İşlər naziri Fətəli Xan Xoyski İskəndər oğlu (28 may 1918 – 17 iyun 1918-ci il) olmuşdur. Bu illər ərzində 27 nəfər nazir vəzifəsində çalışmışdır. 27 nəfər nazirin 3 nəfəri – Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 – 05. 02.1941); Quskov Anatoliy Mixayloviç (08.08.1953 – 25.03.1954) və Buliqa İvan Yefistovyeviç (30.04.1954 – 10.07.1956) milliyətcə rus olmuşlar. Digər 24 nəfər nazir Azərbaycan millətinə mənsub olmuşlar. Daxili İşlərin sonuncu naziri general – -polkovnik Ramil Usubov İdris oğlu 29 aprel 1994-cü ildən bu vəzifədə yorulmadan çalışır və salnamədə ilk general – polkovnik ali rütbəsinə layiq görülmüşdür.

Bu bayram günündə Daxili İşlər Naziri, cənab Ramil Usubova, nazirliyin kollegiyasına və çoxminli şəxsi heyətə cinayətkarlıqla mübarizə işində, vətəndaşların təhlükəsizliyinin qorunmasında uğurlar arzulayırıq.
Tanrı köməyiniz, cəmiyyət dəstəyiniz olsun! (moderator.az)

İnterpress.az