Məlum olduğu kimi, gələn ayın əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Maraqlıdır, Lavrovun Bakı səfəri ölkəmizə nə vəd edir? Bu səfər Qarabağ probleminin həlli baxımından nə dərəcədə önəmlidir?
Politoloq Qabil Hüseynlinin fikrincə, Rusiyanın Qarabağ problemi ətrafında mürəkkəb situasiya formalaşdırdığına diqqət çəkdi:
“Bu gün Qarabağ ətrafında Rusiya elə bir mürəkkəb labirint yaradıb ki, proseslərlə bağlı aydın, birmənalı fikir söyləmək çətindir. Azərbaycan XİN rəhbəri bu proseslərlə bağlı ümidli danışır. Lakin bəzi nüanslar var ki, bu nüansların ortaya çıxması o qədər də optimizm doğurmur.
Məsələn, Qarabağa keçici statusun verilməsi, Dağqlı Qarabağla Ermənistan arasında yeni yolun Laçın koridoru kimi statusa malik olması, Kəlbəcər və Laçın rayonu ətrafında müəyyən ajiotajın yaradılması Azərbaycanın ərazi bütövlüyüy təmini məsələsində müəyyən problemlər yarada bilər. Doğrudur, Azərbaycan prezidenti bu istiqamətdə böyük iradə sərgiləyir.
Amma Rusiyanın son vaxtlardakı manevrləri də insanı düşündürür. Hər halda güman edirəm ki, sonrakı danışıqlar prosesində məsələlər daha da aydınlaşacaq və problemin həlli istiqamətində diplomatik-siyasi cəhdlər üstünlük qazanacaq”. (moderator.az)
İnterpress.az