Bu barədə məlumatlandıran mənbənin sözlərinə görə, Sahib Ələkbərova məxsus avtomobili həbsindən sonra oğlu idarə edirmiş. Avtomobili küçədə park edən MTN polkovnikinin oğlu qayıdanda maşının üzərinə müxtəlif boyalar atıldığını görüb. Olaydan şok yaşayan polkovnik oğlu həmçinin, avtomobilin qapı və qarşı örtüyünün də kəsici alətlə zədələndiyini görüb.
Ehtimallara görə, bu Sahib Ələkbərovun vaxtilə, qanunsuzluqlar etdiyi şəxslərin qisası olub. Maraqlıdır ki, Sahib Ələkbərovun oğlu hadisənin polis tərəfindən araşdırılmasında maraqlı olmayıb.
Qeyd edək ki, Sahib Ələkbərov hələ Eldar Mahmudov “vurulmazdan” 7 ay əvvəl həbs edlmişdi. Sonradan MTN rəhbərliyinin səyi nəticəsində onu ev dustaqlığına buraxsallar da MTN dağılandan sonra barəsindəki ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz olundu.
Əslən Tovuz rayonundan olan Sahib Ələkbərov MTN-də “işgəncələr kralı” kimi tanınıb.(gununsesi.info)
İnterpress.az