Əməkdar jurnalistə yeni vəzifə verildibackend

Əməkdar jurnalistə yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Əməkdar jurnalist Bəhruz Nəzərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru təyin olunub.

Bəhruz Nəzərov 1997-ci ildən KİV sahəsində çalışır. 1997-ci ildə “Space” də müxbir vəzifəsində fəaliyyətə başlayan Bəhruz Nəzərov bir sıra elektron və yazılı KİV-lərdə şöbə müdiri , baş redaktor, icraçı direktorun müavini vəzifələrində çalışıb. O eyni zamanda 2011-2012- ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin, daha sonra isə Sambo Federasiyasının mətbuat xidmətinin rəhbəri olub. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının doktorantıdır.

Qeyd edək ki, hazırda ADNSU-nun 684 nəfərdən ibarət professor-müəllim heyəti, təqribən 9000 nəfər tələbəsi var. Qısa müddət ərzində ADNSU-da aparılan islahatlar sayəsində tələbələrə verilən təhsilin keyfiyyətinin yüksəldilməsi, onların biliklərinin obyektiv qiymətləndirilməsi, eləcə də professor- müəllim heyətinin kvalifikasiya dərəcəsinin və əmək haqlarının yüksəldilməsi, universitetin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Aparılan islahatların nəticəsi olaraq ADNSU qarşısına növbəti beş il ərzində dünyanın aparıcı ali təhsil məktəbləri sırasına daxil olmaq məqsədini qoyub.

İnterpress.az