Nazirlik 72 əlili istirahət və sağlamlıq mərkəzinə göndəribbackend

Nazirlik 72 əlili istirahət və sağlamlıq mərkəzinə göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlar Xaçmaz rayonunda yerləşən Nabran istirahət və sağlamlıq mərkəzində dincələcəklər.

“2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu ilin yaz-yay mövsümündə 1000 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin ayrı-ayrı bölgələrində yerləşən istirahət və sağlamlıq mərkəzlərində istirahət etmələrinə şərait yaradılması planlaşdırılıb. Artıq 637 nəfər əlilliyi olan şəxsin istirahətə göndərilməsi təmin edilib. Onlardan 270 nəfəri Lənkəran, 297 nəfəri Xaçmaz, 70 nəfəri isə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.

Qeyd olunan proqrama uyğun olaraq, əlilliyi olan şəxslərin xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, onların respublika daxilində və ölkə xaricində müalicəsinə, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyayönümlü xidmətlərlə təmin edilməsi və digər istiqamətlərdə də işlər aparılır.
Sosial səhifələrdə paylaş

İnterpress.az