Bu sözləri Gürcüstanın paytaxtı Tiflisdə həmkarı Mixeil Canelidze ilə görüşü zamanı Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Ştaymayer, donmuş münaqişələr – həm Ukrayna, həm də Gürcüstanın ərazi bütövlüyü məslələrinin həlli üçün müəyyən addımların atılmasının vacibliyindən danışıb. Lakin həmin addımların konkret olaraq nədən ibarət olduğu isə səsləndirilməyib.
\”Aprel ayında qeydə alınan hadisələr onu göstərdi ki, bölgədəki gərginlik adi gərginlik deyil və bu daha ciddi insidentə çevrilə bilər. Həmin günlərdə ölüm halları və yaralanmalar bunu bir daha sübut etdi. Biz birgə səylərlə bunun qarşısını ala bildik. Amma bu uzunmüddətli sabitliyi təmin edə bilməz. Ona görə biz ATƏT sədri olaraq çalışmalıyıq ki, münaqişənin tam siyasi həllini təmin etmək üçün ciddi danışıqlara start verilsin\” – deyə Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer bildirib.
Bu gün Gürcüstanın paytaxtı Tiflisdə ATƏT-in parlament Assambleyasının 25-ci iclası öz işinə başalayıb. Ümumilikdə 57 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradovanın rəhbərlik etdiyi heyəti ilə təmsil olunub. ( anspress.com )
İnterpress.az