Astaradan öz düzəltdiyi motosikletlə Bakıya gedən Astara rayonunun Girəkəran kənd sakini 28 yaşlı Ramazanov Elvin Hacıbala oğlu qəzaya uğrayıb.
Məlumata görə, onun idarə etdiyi motosiklet Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Dayıkənd ərazisindən keçən hissəsində VAZ-2107 markalı avtomobillə toqquşub.
Kəllə-beyin travması və üz nahiyəsinin kəsilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən motosikletçinin səhhəti hazırda qənaətbəxşdir.
Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb. (virtualaz.org)
İnterpress.az