Azərbaycanda dolma festivali keçirildibackend

Azərbaycanda dolma festivali keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev, Milli Kulinariya Mərkəzinin drektoru Tahir Əmiraslanov, ictimai xadimlər və KİV nümayəndələri iştirak edib.

Festivalın iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki Heydər Əliyev Parkına yürüş edib və Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə çiçəklər düzərək xatirəsini anıblar.

Daha sonra isə “Neapol” restoranın festivalın rəmzi lenti kəsilərək müsabiqəyə start verilib. Müsabiqəyə respublikanın 24 rayonundan (Abşeron, Zəngilan, Xızı, Xaçmaz, Xocəvənd, Qubadlı, Nizami, Qəbələ, Nərimanov, Sumqayıt şəhəri, Binəqədi, Şuşa, Kəlbəcər, İsmayıllı, Qusar, Şirvan, Quba, Şamaxı, Xəzər,Salyan, Xətai, Masallı, Şabran, Laçın) 400-ə yaxın iştirakçı qatılıb.

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən 25 diplomatik korpus təmsilçiləri (Argentina, Qırğızıstan, İtalya, Yaponya, Qazaxıstan, Korea, İsrail, İran, Belarus, Çin, Fransa, Hindistan, İndoneziya, Pakistan, Rumınya, Rusiya, Serbiya, Tacikistan, Türkiyə, Ukrayna, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Əfqanıstan, İsveçrə, Misir) 200-yə yaxın qonaq iştirak edib.

Bu ölkələrdən üçünün – Ukrayna, İndoneziya və Türkiyənin aşbazları tərəfindən hazırlanan dolma münsiflər heyətinə təqdim olunub.

Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən 3 restoran (“Xanədan”, “Sərin”, “Buta Palace”) aşbazları tərəfindən bişirilən dolma çeşidləri də festivala rəng qatıb.

Azərbaycanda dolma festivali keçirildi

Azərbaycanda dolma festivali keçirildi

Azərbaycanda dolma festivali keçirildi

İnterpress.az