Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (azVision.az)
İnterpress.az