Jurnalisti kim və niyə bıçaqlayıb? – FOTObackend

Jurnalisti kim və niyə bıçaqlayıb? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a jurnalistin dostu Əvəz Zeynallı məlumat verib.

O, bildirib ki, Fərəməz Novruzoğlunun aldığı bıçaq yarası 20 sm dərinliyə işləyib: “Böyrəyə dəyməkdən son anda qurtarıb. Həkimin dediyinə görə, Fərəməz 2 bıçaq yarası alıb, 3-cü isə düz ürəyinə istiqamətlənib. Amma Fərəməzin cəld tərpənməsi onu ölümdən qurtarıb. Hazırda jurnalist Musa Nağıyev adına 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur”.

Ə.Zeynallının sözlərinə görə, jurnalistin bıcaqlanmasında müəyyən versiyalar var: “Onu vuran hələ tapılmayıb. Müəyyən ehtimallar var. Bu istintaqdan sonra məlum olacaq. Düzdür, Fərəməz bir mağazada da işləyir, amma o, peşə fəaliyyəti ilə də əlaqədar vurula bilər. Fərəməz sosial şəbəkədə aktivdir, həmişə qalmaqallı statuslar paylaşır”.

Qeyd edək ki, F.Novruzoğlu iyunun 30-da gecə saat 02:00 radələrində tanımadığı bir gənc tərəfindən bıçaqlanıb.

İnterpress.az