“RİA-Novosti” -dən xəbər verilir ki, bunu Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Sauli Niinisto ilə Naantali kurort şəhərində görüşü zamanı deyib.
“Özünüz təsəvvür edin, Finlandiya NATO-ya daxil olacaq və bu o deməkdir ki, fin qoşunları artıq müstəqil olmayacaq. Onlar NATO hərbi infrastrukturunun bir hissəsi olacaqlar və qəfildən Rusiya sərhədlərində olacaqlar. Siz düşünürsünüz ki, bizim qoşunlarımız sərhəddən 1500 kilometr uzaqda qalacaq?”, – mətbuat konfransında Putin bildirib.
Putin xatırladıb ki, Moskva qoşunların Finlandiya-Rusiya sərhədindən 1,5 min kilometr çəkilməsi haqqında qərar qəbul edib və onun yerinə yetirib: “İndiyə qədər heç nə dəyişməyib. Amma Baltikyanı ilə sərhədlərimizdə NATO-nun qoşunu artır. Biz nə etməliyik?”
Putinin fikrincə, NATO ehtimal ki, son fin əsgəri qalana kimi Rusiya ilə məmnuniyyətlə vuruşardı. “Bu, sizə lazımdır? Bizə lazım deyil, biz istəmirik. Amma sizə nə lazım olduğunuz barədə özünüz qərar verirsiniz”, – dövlət başçısı əlavə edib.
Putinin sözlərinə görə, Rusiya Brüssel sammitdə NATO ilə dialoqa başlamaq niyyətindədir. Rusiya lideri vurğulayıb ki, Moskva NATO-nun Avropada yerləşdirdiyi raketdən müdafiə sistemlərinə və ittifaqın hərbi kontingentinin artırılmasına müvafiq yolla reaksiya verəcək.
“Çünki bu Rusiya üçün aşkar təhlükə yaradır”, – Putin vurğulayıb. (faktinfo.az)
İnterpress.az