Ümumilikdə isə keçirdiyi əməliyyatlardan sonra onun vəziyyəti pis deyil.
Bu barədə Publika.az-a Angioloji və Mikrocərrahiyyə Mərkəzinin direktoru Azər Şəmsəddinski məlumat verib.
Onun sözlərinə görə, xəstənin daha sonra da amputasiya edilən ayağında hələ sarğılar açılmayıb. Hər iki ayaqda da vəziyyət eynidir: “Xəstənin ümumi vəziyyəti isə yaxşıdır. O normal danışır, qidalanır. Bir neçə günə onun vəziyyəti barədə daha dəqiq fikir demək olacaq. Belə əməliyyatlardan 10 gün sonra konkret qərar qəbul etmək olur. Ayaqlarda sağalma müşahidə olunarsa, evə buraxıla bilər. Xəstənin amputasiya olunmuş ayaqlarına protez qoyulması barədə danışmaq hələ tezdir. 6 aydan sonra bu barədə qərar verilə bilər”.
A.Şəmsəddinski Tərlan Əliyevanı səhv əməliyyat edən həkimi Valeh Kərimovun hələ işə gəlmədiyini deyib: “O həmin gündən işə gəlmir, zəng də etmir. Harada olduğunu bilmirik. Eşitdiyimə görə, işə gəlməyə qorxur. Hələ ki, Səhiyyə Nazirliyi tərəfindən yaradılan komissiya həkim barədə yekun rəy verməyib. Düzdür, xəstənin həmin ayağı da kəsilməli idi, lakin həmin gün yox. Həmin ayaqla bir müddət yaşaya bilərdi”. (publika.az)
İnterpress.az