Əməliyyatdan sonra palataya yerləşdirilən azyaşlı tam ayılmadan dünyasını dəyişib. Ailə üzvləri isə uşağın ölümündə həkimi günahkar bilir.
İddialara görə, həkim burunla-boğaz arasındakı damarı kəsdiyi üçün uşaq dünyasını dəyişib. Hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün mərhumun valideynlərinin Sumqayıtda müvəqqəti məskunlaşdığı 8-ci mikrorayonda yerləşən 46 saylı uşaq bağçasına yollandıq. Bağçanın həyətində bizi mərhumun yaxınları qarşıladı. Baş verən hadisə ailəni şok vəziyyətinə salıb. Mərhumun anasının vəziyyəti pisləşib, atası Sənan Qurbanov isə hələ də uşağının ölümüylə barışa bilmir. S.Qurbanov hadisədə həkimləri günahlandırır. O, obyektiv araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını istəyir:
Uşağı əməliyyat edən həkim İlham Ağayev mətbuata açıqlamasında iddiaların əssasız olduğunu bildirib: \”Uşaq saat 13 radələrində əməliyyat olunub. Əməliyyat tam normal keçib və 4 saat sonra uşağa su və süd içməyə də icazə vermişik. Saat 17:30-a qədər klinikada olmuşam və dəfələrlə uşağa baş çəkmişəm. Uşaq ayılmışdı, danışırdı, su və süd içirdi, vəziyyəti tam normal idi və boğazından heç bir qan gəlməyib. Daha sonra xəstəxanadan çıxdım və təxminən 19 radələrində yenidən xəstəxanaya qayıdıb uşağa baş çəkdim, hər şey normal idi. Xəstəxanadan çıxandan sonra saat 20 radələrində danışmışam, xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti normaldır. Təxminən axşam saat 9-a qalmış uşaq qaytarıb.
Daha sonra halı pisləşib, müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. Uşağın meyitini ekspertizaya göndərmişik və cavab çıxıb ki, ölümün əməliyyatla bir bağlılığı yoxdur. Sadəcə olaraq, qusuntu uşağın nəfəs borusuna düşüb, bunun nəticəsində də o, ölüb”. Uşağın valideynlərinin həkimi günahkar bilməsinə fikir bildirən İ.Ağayev bildirir ki, bu, artıq ekspertizayla da sübut olunub ki, həkimin səhvi yoxdur: \”Sadəcə aydındır ki, uşaq dünyasını dəyişdiyi üçün valideynlər məni günahkar bilir, bu subyektiv fikirdir. Ancaq ölümün əməliyyatla bir bağlılığı yoxdur”.
Maraqlısı odur ki, uşağın valideyni ekspertiza rəyinin cavabının hələ çıxmadığını, həkim isə ekspert rəyinin artıq məlum olduğunu deyir.
Ümidvarıq ki, haqq-ədalət öz yerini tutacaq.
İnterpress.azhttps://youtube.com/watch?v=aBX91H3Mr78