\”Son 7-8 il onunla bütün əlaqəni itirmişəm, başqa ölkəyə gedəndən sonra arada zəng vururdu, sonradan ümumiyyətlə heç bir əlaqə qurmadı.\”
Çeçenistanın Vedeno rayon mərkəzində yaşayan Raisa Sadıqova deyir ki, oğlunun İstanbuldakı partlayışlarla əlaqəsinin olmasını bilmirmiş. O həmçinin söyləyib ki, oğlu 2002-ci idlə Çeçenistanl tərk edərək Azərbaycanın paytaxtı Bakıya gedib. Bakını isə 1 il yarım sonra tərk edərək Avstriyaya köçüb.
Qeyd edək ki, Əhməd Çatayev 2003-cü ildə Rusiyada beynəlxalq axtarışa verilib. Amma həmin vaxt Avstriyada siyasi sığınacaq aldığından onu yaxalamaq mümkün olmayıb. Raisa Sadıqova deyir ki, daha sonra onun hara getdiyindən xəbərsizəm. Oğlum həyat yoldaşı və oğlunu da özüylə aparıb\” deyə qadın əlavə edib. Qadın bildirib ki, oğlunun heç bir radikal dini baxışlarının olduğunu sezməyib. \”Oğlum sadəcə hamı kimi namaz qılırdı\”.
Məlumat üçün bildirək ki, Əhməd Çatayev Çeçen müharibəsi zamanı qolunun birini dirsəkdən yuxarı itirib. 2015-ci ildə Çatayev Suriyaya gedərək İqil sıralarına qoşulub.
İnterpress.az