Qubada itkin düşmüş 14 yaşlı nişanlı qız axtarılırbackend

Qubada itkin düşmüş 14 yaşlı nişanlı qız axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maraqlıdır ki, 8-ci sinif şagirdi həm də nişanlı olub. Onun itkin düşməsində ilk agla gələn də nişanlısı ilə problemi olub-olmamasıdır.

Cəmi 14 yaşında nişanlanmış qız uşağı itkin düşüb. 8-ci sinif şagirdi Güldanə Tağıyevanın intihar etdiyi və ya kiminləsə qaçdığı dəqiq bilinmir.

«Xəzər Xəbər»bildirir ki, Qubanın Barlı qəsəbə sakini Güldanə Tağıyeva aprelin 19-da məktəbə gedib və evə qayıtmayıb. Valideynləri onun nişanlı vəziyyətinə görə intihar edə biləcəyini də deyir. Çünki sonuncu dəfə onu arxın kənarında görüblər.

Valideynləri qızın nişanlısı ilə aralarında anlaşmazılıq olmadığını desələr də, mütəxəssislər hadisənin baş verməsində bu faktorun rolunun ola biləcəyini ehtimal edirlər. Yeniyetmə qız nişanlısı ilə hər an və ən xırda məsələyə görə belə küsə bilər.

Sosioloq bildirir ki, bu yaşda qızın nişanlanması ona əlavə psixoloji və sosiolojı gərginliklər yaradır.

Güldanənin sinif yoldaşları onun itməmişdən bir neçə gün əvvəl özünü qəribə apardığını deyirlər.

Onunla eyni sinifdə oxuyan Səbinənin dediyinə görə, Güldanə həmin gün sonuncu dərsə girməyib və icazə alaraq məktəbdən ayrılıb.

Axırıncı dəfə onu su kanalının kənarında gəzərkən görüblər.

Hadisə ilə baglı valideynləri aidiyyatı orqanlara müraciət ediblər. (virtualaz.org)

İnterpress.az