Bakı şəhər sakini, 42 yaşlı Şahbaz Mikayılov ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət edərək 2008-ci ilin dekabr ayında qohumları – 1971-ci il təvəllüdlü Daşqın Məmmədov və Füzuli rayon sakini, 1964-cü il təvəllüdlü Süleyman Zeynalovun onu aldadaraq 180 min ABŞ dolları pulunu aldığını bildirib.
Şikayətçi ərizəsində qeyd edib ki, həmin şəxslər aldıqları pulu indiyədək geri qaytarmayıblar. Faktla bağlı araşdırma aparılır. (virtualaz.org)
İnterpress.az