– Dünya niyə xaosun içindədir?
– Dünyadakı xaos pis insanlar və onların verdiyi pis qərarların nəticəsi deyil. Bu xaos həmin pis insanları və qərarları görüb, onlara etiraz etməyən insanlar sayəsində yaranıb.
– Dünya hara gedir?
– Üçüncü dünya müharibəsi təbii resursların çatışmazlığı səbəbindən baş verəcək. O müharibədə hansı silahlardan istifadə ediləcəyini bilmirəm. Amma dördüncü dünya müharibəsində daş və dəyənəklərdən istifadə ediləcək.
– Siz atomu kəşf etdiniz. Xirasimo və Naqasakidə atom bombasını partlatdılar. Nə düşünürsüz?
– Hər bir müharibə bəşəriyyətin inkişafını ləngidən pisliklər zəncirinə bir halqa əlavə edir. Mən atomu bəşəriyyətin xeyri üçün kəşf etdim. Amma insanlar atomla bir-birlərini öldürdülər. Belə olacağını bilsəydim, ayaqqabı təmirçisi olardım.
– Uğurun formulu nədir?
– A=X+Y+Z. A-uğurun özüdür. X-çalışmaq, Y-əmək sərf etdiyin işə oyun kimi baxmaq, Z- isə danışmaq əvəzinə iş görməkdir.
– Elmin çata biləcəyi ən son nöqtə nədir?
– Dünyada bir uşağın belə bədbəxt olduğu müddət ərzində böyük ixtiralar və irəliləyişlər olmayacaq.
– Dünyanın sirrinə nə zaman vara biləcəyik?
– Bir qum dənəsinin sirrini çözə bilsək, bütün dünyanın sirrini öyrənə bilərdik.
– Bir ölkənin gələcəyi nəyə bağlıdır?
– O ölkədə insanların aldığı təhsilə bağlıdır. Təhsil- bir insanın məktəbdə öyrəndiklərini unutduqdan sonra yerdə qalan hissədir.
– Dünyanın axmaqlarla dolu olduğunu deyirsiniz. Axmağın tərifi necədir?
– Axmaq eyni şeyi dəfələrlə edib, fərqli nəticə almayan adama deyilir. Axmaqlarla dolu olan dünya çəkilməzdi. Dahiliyin sərhədləri, hüdudları olur, axmaqlığın isə əsla!
– Sizin zərif bir insan olmadığınızı deyirlər…
– Yüksək ruhlar hər zaman adi ağılların sərt reaksiyasına məruz qalırlar. Əgər elm adamı olaraq həqiqəti açıqlamaq istəyirsənsə, o zaman zarafatı dərzilər üçün saxlamalısan. Onu da deyim ki, bu dünyada məni cəmi bir neçə insan anladı, onlar da səhv anladı. (moderator.az)
İnterpress.az