Kiş kəndində sel gəldibackend

Kiş kəndində sel gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkinin dağlıq ərazilərinə yağan yağışlar Kiş çayının daşmasına səbəb olub. Məlumata görə, çayın daşması nəticəsində Kiş kəndini şəhərlə birləşdirən körpü tamamilə dağıldığından kəndin Şəki şəhəri ilə əlaqəsi kəsilib. Çay özü ilə sel suları ilə bərabər lil təbəqəsi də gətirdiyindən ərazidə gediş-gəliş demək olar ki, məhdudlaşıb.

Hadisə baş verdikdən sonra rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və digər aidiyyatı qurumlar da əraziyə gəlib.

Körpünün uçması nəticəsində şəhərlə əlaqə kəsildiyindən Kiş kəndinin yuxarı hissəsində, 50 nəfər adam qalıb. Onların 20 çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində qalan turistlər olub. İstirahət mərkəzində qalan insanları təxliyyə etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. İnsanlar ərazidən helikopterlə təxliyyə ediliblər.

300 metrə yaxın əsas daşıyıcı qaz xəttinin boruları sıradan çıxıb, kəndə elektrik enerjisinin verilməsi kəsilib, telefon xəttləri sıradan çıxıb.

Aidiyyatı qurumlarının iştirakı ilə ərazilərə baxış keçirdiyini deyən icra başçısı Elxan Usubov bildirib ki, ilk olaraq kəndlə əlaqənin bərpa olunması üçün rayonun Qoxmuq kəndi ərazisindən alternativ yol salınacaq.

Kiş kəndində sel gəldi

Elxan Usubov – Şəki rayon icra hakimiyyətinin başçısı

Açıq havada qərargah yaradıldığını deyən icra başçısı Kiş kəndinə qaz və elektrik verilişinin təhlükəsizlik səbəbindən dayandırıldığını deyib.
Sel suları ərazidə yerləşən bir neçə istirahət mərkəzinə ciddi ziyan vurub. Ərazi hidrometrologiya idarəsindən bildiriblər ki, yağış nəticəsində Kiş çayının Damarçın qolu ərazisindən gələn sel suları daşqına səbəb olub. Yüksəklikdə yerləşən dərələrdən axan çayların meyllilik dərəcəsi yüksək olduğundan boyük sürət axını yaranıb. Bu zaman dərələrdə erroziya nəticəsində əmələ gələn yığıntılar isə lil təbəqəsi şəklində sel sularına qarışıb.

Hidrometrologiya idarəsindən onu da bildirdilər ki, iyul 1-dən 4-dək yağıntılı hava barədə əvvəlcədən aidiyyatı qurumlara məlumat verilib. (ans)

Kiş kəndində sel gəldi

İnterpress.az